Od çərşənbəsi
İkinci çərşənbədə od oyanır. Od qədimdən işığın, istiliyin və təmizliyin rəmzi sayılıb. Bu axşam həyətlərdə, damlarda tonqallar qalanır.
Bu çərşənbənin adətləri
Tonqal qalamaq
Axşam hər həyətdə tonqal qalanır, ailə və qonşular onun başına toplaşır.
Odun üstündən tullanmaq
Tonqalın üstündən tullanarkən deyirlər: "Ağırlığım, uğurluğum odda yansın!"
Şam yandırmaq
Evdə şam yandırılır ki, ocağın işığı il boyu sönməsin.
Tonqal su ilə söndürülmür
Tonqalı su ilə söndürməzlər, öz-özünə sönməsini gözləyərlər. Külünü isə evdən uzağa, yol ayrıcına aparırlar.