Kim diyarşünas olmaq istəyir?
15 sual, hər sualda 4 variant. Kəndlər, qalalar, abidələr, göllər, milli parklar, təbii sərvətlər, köhnə adlar, tarixi hadisələr, yerli məhsullar, qədim məscidlər və dahilərin doğulduğu yerlər. Hər doğru cavab səni xəzinəyə bir pillə yaxınlaşdırır.
Qaydalar
- Oyunda 15 sual var. Hər sualın 4 variantı, yalnız biri düzgündür.
- Suallar tədricən çətinləşir: ilk 5 sual asan, növbəti 5 sual orta, son 5 sual çətindir.
- Vaxt məhduddur: asan suallara 20, orta suallara 30, çətin suallara 40 saniyə verilir. Vaxt bitsə, cavab səhv sayılır.
- Mükafat pul deyil: hər pillədə Azərbaycanın xəzinəsindən bir hədiyyə qazanırsan. 15-ci pillədə səni Qızıl Səkkizguşə və "Böyük diyarşünas" adı gözləyir.
- 5-ci və 10-cu pillələr qorunan pillələrdir. Səhv cavab versən oyun bitir, amma son keçdiyin qorunan pillənin hədiyyəsi səndə qalır.
- Cavabdan əmin deyilsənsə, "Dayan və hədiyyəni götür" düyməsi ilə qazandığını saxlayıb oyunu bitirə bilərsən.
- İki kömək haqqın var, hər birindən bir dəfə istifadə edə bilərsən: İpucu düzgün cavab haqqında məlumat verir, 50:50 isə iki səhv cavabı silir.
Qazandığın hədiyyələr "Xəzinəm" bölməsində toplanır.
1 / 15
Kömək haqların
20 san
Səsi dinlə. Vaxt səs bitəndən sonra başlayacaq.
- 15Qızıl SəkkizguşəBöyük diyarşünas adı
- 14Diyarşünas medalıYurdunu tanıyanlara
- 13"Xəmsə"Nizaminin beş poeması
- 12Qızıl butaAlovun və həyatın rəmzi
- 11XarıbülbülŞuşanın rəmzi olan çiçək
- 10Qarabağ atıQorunan pillə
- 9Qarabağ xalçasıİlmə-ilmə toxunmuş sənət
- 8TarMusiqimizin ruhu
- 7SazAşıq sənətinin səsi
- 6Göyçay narıNar bayramının sovqatı
- 5Şəki halvasıQorunan pillə
- 4Quba almasıAlmanın vətənindən
- 3Lahıc mis qabıUstanın çəkiclə döydüyü mis
- 2Kəlağayıİpəkdən naxışlı baş örtüyü
- 1Armudu stəkanQonaqpərvərliyin ilk nişanı
Xəzinə bu brauzerdə saxlanılır. Reytinqdə isə hesabının ən yüksək pilləsi görünür.
Ümumi reytinq
Oyunçular bir oyunda verdikləri ən çox düz cavab sayına görə sıralanır. Bərabər olanda o sayda düz cavaba daha tez çatan öndədir. Vaxt yalnız suallara fikirləşmə müddətidir.
Bazada 3 886 sual var.