Daxil ol

Məlikməmməd

Biri vardı, biri yoxdu, bir padşah vardı. Bu padşahın gözəl bir bağı, bağında da bir alma ağacı vardı. Ağac ildə bir dəfə qızıl alma gətirirdi. Amma alma yetişən gecə kimsə gəlib onu aparırdı, heç kəs də bunun kim olduğunu bilmirdi.

Padşahın üç oğlu vardı: Məlikcəmşid, Məlikxurşid və hamıdan kiçik Məlikməmməd.

Azərbaycan xalq nağılı əsasında uşaqlar üçün nəql edilib.