Korporativ dil
İş yazışmalarında "deadline", "meeting", "feedback" kimi sözlər çox işlənir, halbuki bunların hamısının Azərbaycan dilində gözəl qarşılığı var. "Meeting set edildi" əvəzinə "görüş təyin olundu" yazmaq həm düzgün, həm də daha hörmətlidir.
- meetinggörüş, iclas
Belə yox: Meeting set edildi.
Belə: Görüş təyin olundu.
- meet etməkgörüşmək
Belə yox: Sabah meet edək.
Belə: Sabah görüşək.
- callzəng, telefon danışığı
Belə yox: Saat üçdə call-umuz var.
Belə: Saat üçdə danışığımız var.
- deadlineson müddət, son tarix
Belə yox: Deadline cümə günüdür.
Belə: Son müddət cümə günüdür.
- agendagündəlik (iclasın gündəliyi)
Belə yox: Meeting-in agenda-sını göndərin.
Belə: İclasın gündəliyini göndərin.
- feedbackrəy, əks-əlaqə
Belə yox: Feedback verərsiniz?
Belə: Rəyinizi bildirərsiniz?
- reply etməkcavab vermək
Belə yox: Mail-ə reply et.
Belə: Məktuba cavab ver.
- forward etməkyönləndirmək, ötürmək
Belə yox: Bunu mənə forward edin.
Belə: Bunu mənə yönləndirin.
- cc-yə qoymaqsurətini göndərmək
Belə yox: Məni cc-yə qoyun.
Belə: Məktubun surətini mənə də göndərin.
- attach etməkəlavə etmək, qoşmaq
Belə yox: Faylı attach etdim.
Belə: Faylı məktuba əlavə etdim.
- mail atmaqməktub göndərmək
Belə yox: Sənə mail atdım.
Belə: Sənə məktub göndərdim.
- schedule etməkvaxt təyin etmək, planlaşdırmaq
Belə yox: Görüşü schedule edək.
Belə: Görüşün vaxtını təyin edək.
- reschedule etməkbaşqa vaxta keçirmək
Belə yox: Meeting reschedule olundu.
Belə: Görüş başqa vaxta keçirildi.
- cancel etməkləğv etmək
Belə yox: Görüş cancel oldu.
Belə: Görüş ləğv edildi.
- confirm etməktəsdiqləmək
Belə yox: Confirm edin, zəhmət olmasa.
Belə: Zəhmət olmasa, təsdiqləyin.
- remind etməkxatırlatmaq
Belə yox: Mənə remind edərsən?
Belə: Mənə xatırladarsan?
- follow-upməsələnin izlənməsi, sonrakı addım
Belə yox: Follow-up edəcəm.
Belə: Məsələni izləyib nəticəni sizə yazacağam.
- updateyenilik, son vəziyyət
Belə yox: Layihə ilə bağlı update var?
Belə: Layihə ilə bağlı yenilik var?
- notednəzərə alındı, qeyd edildi
Belə yox: Noted, sağ olun.
Belə: Nəzərə alındı, sağ olun.
- available olmaqboş olmaq, vaxtı olmaq
Belə yox: Sabah available-san?
Belə: Sabah vaxtın var?
- busyməşğul
Belə yox: Bu gün çox busy-yəm.
Belə: Bu gün çox məşğulam.
- check etməkyoxlamaq
Belə yox: Check edib sizə yazaram.
Belə: Yoxlayıb sizə yazaram.
- send etməkgöndərmək
Belə yox: Sənədi send etdim.
Belə: Sənədi göndərdim.
- share etməkpaylaşmaq
Belə yox: Ekranı share edin.
Belə: Ekranınızı paylaşın.
- brainstormfikir mübadiləsi
Belə yox: Gəlin brainstorm edək.
Belə: Gəlin fikir mübadiləsi aparaq.
- prezentasiya, presentationtəqdimat
Belə yox: Prezentasiyanı hazırladım.
Belə: Təqdimatı hazırladım.
- workshoppraktik məşğələ
Belə yox: Cümə günü workshop keçirəcəyik.
Belə: Cümə günü praktik məşğələ keçirəcəyik.
- eventtədbir
Belə yox: Event cümə axşamıdır.
Belə: Tədbir cümə axşamıdır.
- coffee breakfasilə, çay fasiləsi
Belə yox: Coffee break-dən sonra davam edək.
Belə: Fasilədən sonra davam edək.
- minutes, MoMiclasın protokolu
Belə yox: MoM-u kim yazacaq?
Belə: İclasın protokolunu kim yazacaq?
- onlineonlayn
Belə yox: Görüş online keçiriləcək.
Belə: Görüş onlayn keçiriləcək.
- tasktapşırıq
Belə yox: Sənə yeni task verdim.
Belə: Sənə yeni tapşırıq verdim.
- proyekt, projectlayihə
Belə yox: Proyekt gecikir.
Belə: Layihə gecikir.
- reporthesabat
Belə yox: Report-u göndər.
Belə: Hesabatı göndər.
- draftqaralama, ilkin variant
Belə yox: Draft-ı göndərirəm.
Belə: İlkin variantı göndərirəm.
- final versiyason variant
Belə yox: Final versiya hazırdır.
Belə: Son variant hazırdır.
- review etməknəzərdən keçirmək
Belə yox: Sənədi review edin.
Belə: Sənədi nəzərdən keçirin.
- approve etməktəsdiq etmək
Belə yox: Rəhbər approve etdi.
Belə: Rəhbər təsdiq etdi.
- edit etməkdüzəliş etmək, redaktə etmək
Belə yox: Mətni edit etdim.
Belə: Mətnə düzəliş etdim.
- timelinevaxt qrafiki
Belə yox: Layihənin timeline-ı hazırdır.
Belə: Layihənin vaxt qrafiki hazırdır.
- milestoneəsas mərhələ
Belə yox: İlk milestone-a çatdıq.
Belə: İlk mərhələni başa vurduq.
- scopeişin həcmi, əhatə dairəsi
Belə yox: Scope dəyişdi.
Belə: İşin həcmi dəyişdi.
- prioritybirinci növbəli iş
Belə yox: Bu, top priority-dir.
Belə: Bu, birinci növbədə görülməli işdir.
- urgenttəcili
Belə yox: Urgent məsələdir.
Belə: Təcili məsələdir.
- pendinggözləmədə, baxılır
Belə yox: Sorğu pending-dədir.
Belə: Sorğuya hələ baxılır.
- in progressicra olunur
Belə yox: Task in progress-dədir.
Belə: Tapşırıq icra olunur.
- donehazırdır, icra olunub
Belə yox: Hər şey done-dur.
Belə: Hər şey hazırdır.
- delegate etməkhəvalə etmək
Belə yox: Bu işi ona delegate et.
Belə: Bu işi ona həvalə et.
- workflowiş qaydası, iş prosesi
Belə yox: Workflow-u dəyişdik.
Belə: İş qaydasını dəyişdik.
- best practiceqabaqcıl təcrübə
Belə yox: Best practice-lərə baxaq.
Belə: Qabaqcıl təcrübəyə baxaq.
- insightnəticə, müşahidə
Belə yox: Araşdırmadan maraqlı insight-lar çıxdı.
Belə: Araşdırmadan maraqlı nəticələr çıxdı.
- issueproblem, məsələ
Belə yox: Kiçik bir issue var.
Belə: Kiçik bir problem var.
- casehal, vəziyyət
Belə yox: Bu case-də nə edək?
Belə: Bu halda nə edək?
- targethədəf
Belə yox: Bu ayın target-i yerinə yetirildi.
Belə: Bu ayın hədəfinə çatdıq.
- performanceiş göstəriciləri, səmərəlilik
Belə yox: Komandanın performance-ı artıb.
Belə: Komandanın iş göstəriciləri yaxşılaşıb.
- outsource etməkkənar icraçıya vermək
Belə yox: Dizaynı outsource edək.
Belə: Dizayn işini kənar icraçıya verək.
- researcharaşdırma
Belə yox: Bazar research-ü apardıq.
Belə: Bazar araşdırması apardıq.
- HRkadrlar şöbəsi, insan resursları
Belə yox: HR-a müraciət et.
Belə: Kadrlar şöbəsinə müraciət et.
- onboardingişə uyğunlaşma
Belə yox: Yeni işçinin onboarding-i başladı.
Belə: Yeni işçinin işə uyğunlaşması başladı.
- interviewmüsahibə
Belə yox: Sabah interview-um var.
Belə: Sabah müsahibəm var.
- kandidat, candidatenamizəd
Belə yox: Üç kandidat seçildi.
Belə: Üç namizəd seçildi.
- CVtərcümeyi-hal
Belə yox: CV-nizi göndərin.
Belə: Tərcümeyi-halınızı göndərin.
- skillbacarıq
Belə yox: Yeni skill-lər öyrənmək istəyirəm.
Belə: Yeni bacarıqlar qazanmaq istəyirəm.
- soft skillsünsiyyət və şəxsi bacarıqlar
Belə yox: Soft skill-ləri güclüdür.
Belə: Ünsiyyət bacarıqları güclüdür.
- teamkomanda, kollektiv
Belə yox: Bütün team iştirak edəcək.
Belə: Bütün komanda iştirak edəcək.
- teamleadkomanda rəhbəri
Belə yox: Teamlead-imizlə danış.
Belə: Komanda rəhbərimizlə danış.
- day offistirahət günü
Belə yox: Cümə günü day off götürürəm.
Belə: Cümə günü istirahət edəcəyəm.
- vacationməzuniyyət
Belə yox: Gələn həftə vacation-dayam.
Belə: Gələn həftə məzuniyyətdəyəm.
- remoteməsafədən (iş)
Belə yox: Bu həftə remote işləyirəm.
Belə: Bu həftə məsafədən işləyirəm.
- overtimeiş vaxtından artıq iş
Belə yox: Bu həftə overtime etdik.
Belə: Bu həftə iş vaxtından artıq işlədik.
- promotionvəzifədə irəli çəkilmə
Belə yox: Promotion aldı.
Belə: Vəzifədə irəli çəkildi.
- job descriptionvəzifə təlimatı
Belə yox: Job description-a baxın.
Belə: Vəzifə təlimatına baxın.
- dress codegeyim qaydası
Belə yox: Dress code rəsmidir.
Belə: Geyim qaydası rəsmidir.
- trainingtəlim
Belə yox: Training-ə qeydiyyat başladı.
Belə: Təlimə qeydiyyat başladı.
- salessatış
Belə yox: Sales komandası
Belə: Satış komandası
- klient, clientmüştəri
Belə yox: Klient zəng etdi.
Belə: Müştəri zəng etdi.
- leadpotensial müştəri
Belə yox: Bu ay qırx lead gəldi.
Belə: Bu ay qırx potensial müştəri ilə əlaqə yarandı.
- dealrazılaşma, saziş
Belə yox: Deal-i bağladıq.
Belə: Sazişi bağladıq.
- offertəklif
Belə yox: Offer göndərdik.
Belə: Təklif göndərdik.
- discountendirim
Belə yox: Discount edə bilərik.
Belə: Endirim edə bilərik.
- invoicehesab-faktura
Belə yox: Invoice-u göndərin.
Belə: Hesab-fakturanı göndərin.
- partnyor, partnertərəfdaş
Belə yox: Partnyorlarımızla görüşdük.
Belə: Tərəfdaşlarımızla görüşdük.
- stakeholdermaraqlı tərəf
Belə yox: Stakeholder-lərlə görüş keçirildi.
Belə: Maraqlı tərəflərlə görüş keçirildi.
- target audiencehədəf kütlə, hədəf auditoriya
Belə yox: Target audience-imiz gənclərdir.
Belə: Hədəf kütləmiz gənclərdir.
- marketingmarketinq
Belə yox: Marketing şöbəsi
Belə: Marketinq şöbəsi
- brandingbrendinq, brend quruculuğu
Belə yox: Branding üzərində işləyirik.
Belə: Brend quruculuğu üzərində işləyirik.
- contentməzmun
Belə yox: Sosial şəbəkələr üçün content hazırlayırıq.
Belə: Sosial şəbəkələr üçün məzmun hazırlayırıq.
- postpaylaşım
Belə yox: Yeni post atdıq.
Belə: Yeni paylaşım etdik.
- engagementizləyici marağı
Belə yox: Engagement aşağıdır.
Belə: İzləyicilərin marağı azdır.
- pitchqısa təqdimat
Belə yox: İnvestorlara pitch etdik.
Belə: Layihəni investorlara qısaca təqdim etdik.
- networkingişgüzar tanışlıq
Belə yox: Networking üçün yaxşı fürsətdir.
Belə: İşgüzar tanışlıqlar üçün yaxşı fürsətdir.
- launch etməkistifadəyə vermək, təqdim etmək
Belə yox: Məhsulu launch etdik.
Belə: Məhsulu istifadəyə verdik.
- login olmaqdaxil olmaq
Belə yox: Sistemə login ola bilmirəm.
Belə: Sistemə daxil ola bilmirəm.
- passwordşifrə
Belə yox: Password-u unutmuşam.
Belə: Şifrəni unutmuşam.
- accounthesab
Belə yox: Yeni account açın.
Belə: Yeni hesab yaradın.
- bugxəta
Belə yox: Saytda bug var.
Belə: Saytda xəta var.
- fix etməkdüzəltmək
Belə yox: Bug-ı fix etdik.
Belə: Xətanı düzəltdik.
- featurefunksiya, imkan
Belə yox: Yeni feature əlavə etdik.
Belə: Yeni funksiya əlavə etdik.
- releaseyeni versiya, buraxılış
Belə yox: Release cümə günü çıxır.
Belə: Yeni versiya cümə günü çıxır.
- download etməkendirmək, yükləmək
Belə yox: Faylı download et.
Belə: Faylı endir.
- upload etməkyükləmək
Belə yox: Şəkli upload edin.
Belə: Şəkli sayta yükləyin.
- save etməkyadda saxlamaq
Belə yox: Faylı save et.
Belə: Faylı yadda saxla.
- delete etməksilmək
Belə yox: Mesajı delete etdim.
Belə: Mesajı sildim.
- print etməkçap etmək
Belə yox: Sənədi print et.
Belə: Sənədi çap et.
- settingayarlar, parametrlər
Belə yox: Setting-lərdən dəyişin.
Belə: Ayarlardan dəyişin.
- supportdəstək xidməti
Belə yox: Support-a yazın.
Belə: Dəstək xidmətinə yazın.
- linkkeçid
Belə yox: Linki atıram.
Belə: Keçidi göndərirəm.
- emaile-poçt
Belə yox: Email ünvanınızı yazın.
Belə: E-poçt ünvanınızı yazın.
- website, veb saytveb-sayt, sayt
Belə yox: Veb saytımız yeniləndi.
Belə: Saytımız yeniləndi.
- kompyuterkompüter
Belə yox: Kompyuter işləmir.
Belə: Kompüter işləmir.
- ASAPmümkün qədər tez
Belə yox: ASAP göndərin.
Belə: Mümkün qədər tez göndərin.
- FYIməlumat üçün
Belə yox: FYI, sabah ofis bağlıdır.
Belə: Məlumat üçün: sabah ofis bağlıdır.
- EODiş gününün sonunadək
Belə yox: EOD-a qədər göndər.
Belə: İş gününün sonunadək göndər.
- TBDsonra dəqiqləşəcək
Belə yox: Tarix TBD.
Belə: Tarix sonra dəqiqləşəcək.
- OKyaxşı, razıyam
Belə yox: OK, edərik.
Belə: Yaxşı, edərik.
- Q&Asual-cavab
Belə yox: Sonda Q&A olacaq.
Belə: Sonda sual-cavab olacaq.
- KPIəsas fəaliyyət göstəriciləri
Belə yox: KPI-larımızı yenilədik.
Belə: Əsas fəaliyyət göstəricilərimizi yenilədik.
- CEObaş icraçı direktor
Belə yox: CEO ilə görüş var.
Belə: Baş icraçı direktorla görüş var.