Xalça toxuma sənəti
Nəsildən-nəslə ötürülən ailə sənəti: ilmə-ilmə toxunan xalça və onun naxışlarında yaşayan yaddaş.
Xalça Azərbaycan evinin yaraşığı, ailənin sərvəti, qız cehizinin ən qiymətli parçasıdır. Onu hanada, ilmə-ilmə toxuyurlar: hər ilmə yun sapdan düyünlənib kəsilir, sıra tamamlananda kirkitlə sıxlanır. Bir xalçanın toxunması aylarla, böyük xalçalarda isə illərlə çəkir.
Bu sənət ailədə öyrənilir: ana qızına, nənə nəvəsinə naxışı, rəngi, ilməni öyrədir. Naxışların hər birinin adı və mənası var. Xalça onu toxuyanın arzusunu, yaşadığı yerin təbiətini, xalqın yaddaşını danışır.
Naxışların dili
Göl
Xalçanın ortasındakı iri naxış, xalçanın əsas bəzəyi. Bəzi xalçalarda bir, bəzilərində bir neçə göl olur.
Xalça məktəbləri
Quba
Şimal-şərq bölgəsi. Xalçaları sıx ilməli və həndəsi naxışlıdır, tünd göy və qırmızı rənglər üstünlük təşkil edir. Pirəbədil, Qollu Çiçi, Alpan kimi xalçalar bu məktəbə aiddir.
Xovlu və xovsuz xalçalar
Xalçalar iki cür olur. Xovlu xalçalarda hər ilmə düyünlənib kəsilir və səthdə yumşaq xov yaranır. Xovsuz xalçalar isə ilmə vurulmadan, sapların bir-birinə hörülməsi ilə toxunur.
Təbii boyalar
Köhnə ustalar sapı bitkilərdən və meyvə qabıqlarından alınan təbii boyalarla rəngləyirdilər.
- Qırmızıboyaqotunun kökündən
- Qəhvəyiqoz qabığından
- Sarınar qabığından
- Göyindiqodan (nil)
- Yaşılsarı ilə göyün qarışığından